Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu

SİYASƏT
18:05 17.03.2015
2215

Rəcəb Tayyib Ərdoğan Qarsda Heydər Əliyev adına liseyin açılışında xalq şairi Bəxtiyar Vahabzadənin şeirini oxuyub.

AZXEBER.COM-un ans press-ə istinadən məlumatına görə, Azərbaycan-Türkiyə münasibətlərindən və Novruz bayramından danışan Türkiyə prezidenti insanlara hisslərini şeirlə çatdırıb:

"Bir ananın iki oğlu,bir amalın iki qolu.O da ulus, bu da ulus,Azərbaycan, Türkiyə

Dinimiz bir, dilimiz birAyımız bir, ilimiz birEşqimiz bir, yolumuz birAzərbaycan, Türkiyə".

Ərdoğan həmçinin qeyd edib ki, Anadoludakı vətəndaşlar Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarının acısını ürəklərində hiss edir:"Bizim üçün İzmir, Ankara, Antalya, Trabzon nədirsə Bakı, Tiflis, Batum da odur", - deyə prezident söyləyib.

OXŞAR XƏBƏRLƏR