Ərdoğan: "Bizə dedilər, Qarabağda nə işiniz var?”

Ərdoğan: "Bizə dedilər, Qarabağda nə işiniz var?”
SİYASƏT
16:27 02.07.2021
1545
"Bizə nə dedilər? Suriyada, Liviyada, Qarabağda, Aralıq dənizinin şərqində nə işiniz var?”

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada Tank fabrikinin kollektivi ilə görüşdə bildirib.

"Bunu deyənlər ya dünyadan xəbərsizdir, ya da düşmən qılıncını çəkir. Biz Liviyada da varıq, Azərbaycanda da varıq, Suriyada da varıq, Aralıq dənizinin şərqində də varıq və olacağıq. Allah qismət etsə, iyulun 20-də Şimali Kipr Türk Respublikasına gedəcəyəm” - Türkiyə prezidenti vurğulayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR