Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan BMT baş katibi Pan Gi Muna zəng edərək beynəlxalq ictimaiyyətə İsrailin Qəzza zolağına təşkil etdiyi hücumların dayandırılmasından ötrü təcili hərəkətə keçməsi üçün çağırış edib.AZXEBER.COM-un məlumatına görə, 15 dəqiqə sürən telefon danışığında Ərdoğan İsrailin hücumların dayandırılmasını tələb edərək bildirib ki, tərəflər arasındakı 2012-ci ildə imzalanmış sülh müqaviləsinə riayət olunmalıdır.İsrailin Fələstinə qarşı həyata keçirdiyi hərbi əməliyyatları qınadığını bildirən Türkiyə baş naziri yəhudi dövlətinin təhlükəsizliyinin ədalətli və əhatəli bir sülhlə təmin oluna biləcəyinə diqqət çəkib.