Bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin bel sümüyü olan və enerjinin "İpək yolu” adlandırılan TANAP-ın açılışı gerçəkləşdirilir.
"Bu nəhəng layihənin planlaşdırılan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları təbrik edirəm.
Layihənin gerçəkləşməsi Türkiyə və Azərbaycan arasında qarşılığı etimada söykənən əlaqələr sayəsində mümkün olub”, - deyə o qeyd edib