Ərdoğan: Bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq

Ərdoğan: Bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq
DÜNYA
20:20 12.06.2018
7673
Bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin bel sümüyü olan və enerjinin "İpək yolu” adlandırılan TANAP-ın açılışı gerçəkləşdirilir. "Bu nəhəng layihənin planlaşdırılan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları təbrik edirəm. Layihənin gerçəkləşməsi Türkiyə və Azərbaycan arasında qarşılığı etimada söykənən əlaqələr sayəsində mümkün olub”, - deyə o qeyd edib
OXŞAR XƏBƏRLƏR