Ərdoğan: "Bu hadisənin videogörüntülərini bütün dünyaya yayacağıq"

Ərdoğan: "Bu hadisənin videogörüntülərini bütün dünyaya yayacağıq"
DÜNYA
15:31 24.07.2016
1554
Uğursuz çevriliş cəhdinin ardından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 23-də ilk dəfə millət vəkilləri qarşısına çıxdı.
Virtualaz.org Euronews telekanalına istinadən bildirir ki, iclas zalı dağıdıldığından prezident mərasim zalında çıxış etməli olub.
Ərdoğan çıxışında çevriliş cəhdindən sonra onun diktator rejimi qurmağa başladığı barədə iddiaları təkzib edib.
"Biz hadisənin videogörüntülərini Xarici İşlər Nazirliyimiz vasitəsilə bütün dünyaya yayacağıq. Ümid edirəm ki, həmin kadrları görənlər xalq tərəfindən seçilmiş bir hökuməti asanlıqla diktatura, xalq tərəfindən seçilən prezidenti isə diktator adlandırmağa son qoyacaqlar”, - deyə Türkiyə lideri vurğulayıb.
OXŞAR XƏBƏRLƏR