"Əziz qardaşım cənab İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağdakı Zəfərləri münasibətilə öz adımdan və millətim adından bir daha təbrik edirəm. 44 gün davam edən dastanvari mübarizədən sonra 30 illik işğal sona çatıb. Dağlıq Qarabağ yenə Ana Vətənə qovuşub”.
AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında söyləyib.
- "Dağlıq Qarabağ bölgəsindəki 67 məsciddən 63-ü dağıdılmış, bununla yanaşı kilsələr də yerləyeksan edilib”, - o vurğulayıb.