Ərdoğan əhaliyə müraciət edəcək

Ərdoğan əhaliyə müraciət edəcək
DÜNYA
19:07 21.08.2022
498
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə əhalisinə müraciət edəcək.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, sabah Türkiyə Nazirlər Kabinetinin növbəti toplantısından sonra dövlət başçısının xalqa müraciəti gözlənilir.

Toplantıda Ukraynada taxıl dəhlizi, 81 vilayətdə tikiləcək 150 min sosial mənzil layihəsi və terrorla mübarizə, Türkiyədə iqtisadi vəziyyət və başqa məsələlər müzakirə olunacaq.

Kabinetin müzakirə edəcəyi məsələlər arasında terrorçuluğa qarşı mübarizə və meymunçiçəyi ilə bağlı aparılan profilaktik tədbirlər də yer alıb.

Qeyd edək ki, bundan əvvəl hökumətin iclası avqustun 1-də baş tutub.
OXŞAR XƏBƏRLƏR