Ərdoğan Fətullah Güləndən müsahibə alanlardan danışdı - VİDEO

SOSİAL
10:15 19.07.2016
11849
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən axşam saatlarında İstanbulda mitinq keçirib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Prezident xalqa müraciətlə çıxış edib və növbəti dəfə 15 iyul tarixində dövlət çevrilişinə edilən uğursuz cəhdə münasibətini bildirib.
Türkiyə prezidenti çıxışı zamanı Fətullah Güləni terrorçu adlandırıb və ona dəstək verənlərə də terroru dəstəkləyən deyib.
"Mən ilk növbədə yerli mediamıza təşəkkür edirəm, buradan dünya mediasına səslənirəm, bizə yaxın və uzaq olan ölkələrin media qurumlarının məsul şəxslərinə səslənirəm! ABŞ-da qoşa qüllələrə terror hücumu zamanı, bir dövlətin media qurumunun nümayəndəsi Ben Ladendən müsahibə aldımı? Onunla reportaj hazırladımı? Elə bir şey olsa idi ABŞ buna nə reaksiya verərərdi? İndi ABŞ-da 400 kv.m ərazidə məskunlaşan biri - bir terrorçu, terrorçuların lideri ilə reportaj hazırlayan media qurumuna qarşı bizim münasibətimiz necə isti ola bilər? Mən özüm hər gün bir beynəlxalq mediaya müsahibə verib, o adamın əsl simasını göstərəcəm".
 
OXŞAR XƏBƏRLƏR