Ərdoğan gənclərə səsləndi: Buna icazə verməyin

Ərdoğan gənclərə səsləndi: Buna icazə verməyin
DÜNYA
11:56 17.05.2023
233
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşdığı paylaşımda gənc seçicilərə müraciət edib. 

AZXEBER.COM Prezident Rəcəb Tayyib Ərdoğanın paylaşımını təqdim edir.

"Əziz gənc övladlarım, mayın 14-də öz iradənizin müdafiəsinə qalxdığınıza, seçki qutularında öz seçiminizi sərbəst şəkildə əks etdirdiyinizə və demokratiyamızı dəstəklədiyinizə görə hər birinizə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm.

Dünya gənclərinə örnək olan münasibətinizlə millətimizin sizə güvənməkdə nə qədər haqlı olduğunu bir daha göstərdiniz. Sizinlə qürur duyuram. Siz bizim ümidimiz, göz bəbəyimiz, işıqlı gələcəyimizin təminatısınız.

Tarixi şanlı qələbələrlə dolu olan bu xalqı çağdaş sivilizasiyalar səviyyəsindən yüksəklərə daşıyacağınıza ümid edirəm.

Xahiş edirəm heç kimin sizinlə xəyallarınızın arasına girməsinə, sizi qorxutmasına və ya sizə öz zəhərini vurmasına icazə verməyin.

Heç vaxt imkan verməyin ki, yüksək eqosu olan, uğursuzluqlar və seçki məğlubiyyətləri tarixçəsi olan şəxsiyyətlər sizi öz ucsuz-bucaqsız qaranlığına sürükləsinlər”.

Ayşən
OXŞAR XƏBƏRLƏR