Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanan və müalicəsi davam edən məşhur müğənni İbrahim Tatlısəsi xəstəxanada ziyarət edib. Tərəflər arasında mətbuata qapalı keçirilən 45 dəqiqəlik görüşdə sadəcə rəsmi “Anadolu” agentliyinin (AA) foto-müxbiri iştirak edib. Görüşdən sonra Tatlısəsin baş nazirlə çəkilmiş son şəkilləri jurnalistlər vasitəsilə ölkə ictimaiyyəti ilə paylaşılıb. Qeyd edək ki, görüşdən sonra İbrahim Tatlısəs müalicəsinin davamı üçün xüsusi təyyarəsi ilə Almaniyaya yola düşüb.