Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan vəzifəsinin icrasına başladıqdan sonra ilk dəfə İstanbula gəlib.AZXEBER.COM-un məlumatına görə, Ərdoğanı Kısıklı qəsəbəsindəki evinin önündə tərəfdarları qarşılayıb.Tərəfdarları qarşısında çıxış edən Ərdoğan milli iradənin hər şeydən üstün olduğunu ifadə edib: “Dayanmaq yox, yola davam etmək lazımdır. Prezident postuna məni namizəd gördünüz. Artıq dünya gündəmini müəyənlədirən bir Türkiyə var”.