Ərdoğan koalisiyanı kürdlərlə qurur

Ərdoğan koalisiyanı kürdlərlə qurur
SİYASƏT
13:11 24.08.2015
1065

Bu həftə Türkiyədə müvəqqəti hökumət yaradılacaq.

Bu barədə  Türkiyə hökumətindəki mənbə məlumat verib.

Mənbə bildirib ki, bu həftə noyabrda baş tutacaq təkrar parlament seçkilərinin dəqiq tarixini müəyyənləşdirmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın parlament spikeri ilə görüşəcəyi gözlənilir.

Bundan başqa, mənbə qeyd edib ki, müvəqqəti hökumətin formalaşdırılmasında Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyətçi Hərəkat Partiyası (MHP) kimi ölkənin əsas müxalif partiyaları iştirak etməyəcək.

Onun sözlərinə görə, müvəqqəti hökumət Xalqların Demokratik Partiyası (HDP) ilə yaradılacaq. 

//report.az

OXŞAR XƏBƏRLƏR