Ərdoğan: "Mənim kitabımda geri addım atmaq yoxdur"

Ərdoğan: "Mənim kitabımda geri addım atmaq yoxdur"
MANŞET
12:49 27.10.2021
1018

"Mənim kitabımda geri addım atmaq yoxdur”.

"HaberGlobal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, jurnalisitin "xarici KİV-də Ərdoğan böhrandan qaçdı, geri addım atdı” kimi manşetləri necə dəyərləndirirsiniz” sualına belə cavab verib: "Mən necə geri addəm atdım? Mən hücumdayam. Mənim kitabımda geri addım atmaq yoxdur”.

Qeyd edək ki, ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Türkiyədəki səfirlikləri iş adamı Osman Kavalanın azadlığa buraxılması tələbi ilə birgə bəyanatla çıxış etmişdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin ölkələrin səfirlərini "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə tapşırıq verəndən sonra səfirlər Vyana razılaşmasının 41-ci maddəsinə əməl edəcəklərini bildirmişdilər.

Qeyd edək ki, diplomatik missiyaların fəaliyyəti ilə bağlı imzalanan Vyana razılaşmasının 41-ci maddəsinə görə, dövlətlərin imtiyazlarına və müstəqilliyinə xələl gətirmədən, imtiyaz və immunitetlərdən istifadə edən hər bir səfir qarşı tərəfin qanun və qaydalarına əməl etməlidir. Səfirin də vəzifəsi dövlətin daxili işlərinə qarışmamaqdır.

Xatırladaq ki, Osman Kavala Gəzi Parkı hadisələri, Fətullahçı Terror Təşkilatının (FETÖ) 17-25 dekabr sui-qəsdləri və 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaq çərçivəsində 2017-ci il noyabrın 1-də həbs edilib. O, "Gəzi" terror təşkilatının meneceri və təşkilatçısı olmaqda ittiham olunub. Kavala 2019-cu ildə keçirilən məhkəmədə verilən ittihamlardan bəraət qazanıb, amma sərbəst buraxıldıqdan dərhal sonra yenidən həbs edilib və bu dəfə onun işi çevriliş cəhdilə əlaqədar başqa ittihamlarla birləşdirilib. Sonda məhkəmənin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
11:38 12.09.2025
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
11:34 12.09.2025
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
11:24 12.09.2025
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə