ABŞ prezidenti Barak Obama və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilib. Bu barədə AZXEBER.COM "Amerikanın səsi"nə istinadən məlumat verir.Görüşdən sonra Ağ Evdə keçirilən birgə mətbuat konfransında baş nazir Erdoğan prezident Obama ilə Yaxın Şərq sülh prosesi, həmçinin beynəlxalq və regional məsələlərin müzakirə edildiyini bildirib. O, regional məsələlər arasında Kipr problemi, eləcə də Azərbaycan, Ermənistan, İran və Əfqanıstanla bağlı müzakirələrin aparıldığını deyib.