Ərdoğan Obamayla görüşdü - 'Güləni geri ver' dedi

Ərdoğan Obamayla görüşdü -
DÜNYA
13:59 04.09.2016
2059
Bu gün Çində “Böyük iyirmilik” (G20) ölkələrinin sammiti işə başlayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə bir araya gəlib.
Türkiyə prezidenti 15-iyul hərbi çevrilişə cəhddən danışıb: "Terrora hamımız qarşıyıq. Bu, görüş 15-iyul hərbi çevrilişə cəhd günündən sonra ilk üz-üzə görüşdür. Bir NATO ölkəsi olaraq dünyadakı bütün terror hadisələrinə qarşı yalnız 1 münasibətimiz var. Təmənnamız odur ki, Türkiyənin cənubunda, Suriyanın şimalında bir terror koridoru yaranmasın".
Bundan əlavə, Ərdoğan Fətullah Gülənin ekstradisiyası ilə bağlı sənədləri də ABŞ-a göndərəcəklərini bildirib.
Barak Obama da Türkiyənin suriyalı miqrantları qəbul etdiyi üçün təşəkkür edib: "Sizə və türk xalqına qaçqınlara qapılarınızı açdığınıza görə təşəkkür edirik. Siz dünyada qaçqınlara ən çox qapı açan ölkəsiz. Dostluğumuzun, ittifaqımızın davam etməsini arzu edirəm".
OXŞAR XƏBƏRLƏR