Ərdoğan Putinlə Fələstin-İsrail münaqişəsini müzakirə edib

Ərdoğan Putinlə Fələstin-İsrail münaqişəsini müzakirə edib
DÜNYA
22:45 10.10.2023
340
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər Fələstin-İsrail münaqişəsini müzakirə ediblər, o cümlədən gərginliyin yayılmasının qabaqlayıcı tədbirləri ətrafında fikir mübadiləsi aparıblar.

Türkiyə Prezidenti mülki obyektlərin vurulmasını narahatedici olduğunu və bu cür cəhdlərin Türkiyə tərəfindən müsbət qarşılanmadığını söyləyib.
Ərdoğan Türkiyənin bölgədə əmin-amanlığı təmin etməsi üçün hər cür təşəbbüsləri göstərməyə davam edəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR