Ərdoğan Putinlə görüşdü - VİDEO

Ərdoğan Putinlə görüşdü - VİDEO
DÜNYA
15:49 09.08.2016
1389
Türkiyə prezidenti R.T.Ərdoğan Rusiya prezidenti V.Putinlə görüşüb. Ərdoğanın təyyarəsi 14.15-də Rusiyanın Sankt-Peterburq şəhərinə enib.
Ərdoğanla Putin "Konstantin Sarayı"nda görüşüblər.
Putin bu görüşün hər iki ölkənin xalqlarına xeyirli olacağını bildirib: "Hər tip qiyamlara qarşıyıq. Ticari-iqtisadi münasibətlərimizi, terrorizmlə mübazirəni müzakirə edəcəyik. Bütün bunları yenidən həyatə keçirəcəyimiz üçün çox sevinirəm"
R.T.Ərdoğan öz növbəsində iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənəcəyini bildirib:"Xoş olmayan hadisədən sonra tez-tez bir araya gəlmişik. Çevriliş cəhdinin ardından zəng etməyiniz bizi çox sevindirdi. İnanıram ki, həmrəyliyimiz bölgədəki problemlərin həllinə də yardımçı olacaqdır".
OXŞAR XƏBƏRLƏR