Ərdoğan Putinlə Zelenskinin görüşünü planlaşdırır

Ərdoğan Putinlə Zelenskinin görüşünü planlaşdırır
DÜNYA
22:06 02.06.2025
794
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətlərinin bazar ertəsi İstanbulda keçirilən görüşünü "möhtəşəm” adlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair xalqa müraciətində deyib.


"Bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda bir araya gəldi. Möhtəşəm görüş oldu. Əsirlərin mübadiləsi mindən çox insana çatıb", - deyə Türkiyə lideri bildirib.

O, Rusiya və Ukrayna arasında İstanbulda baş tutacaq danışıqlardan sonra Türkiyənin liderlər səviyyəsində sammit təşkil etmək təşəbbüsləri ilə çıxış edəcəyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR