Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaq üstə alqışladı - Video

Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaq üstə alqışladı - Video
DÜNYA
17:50 24.05.2025
678
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanında keçirilən 7-ci Etnoidman Mədəniyyət Festivalını ziyarət edib.

Bu haqda "TRT Haber” məlumat yayıb.

Festival ərazisində yerli oyunlara baxan Ərdoğan Azərbaycan komandasının Qarabağ atları ilə akrobatik atçılıq şousunu da izləyib.

Prezident Ərdoğan Türkiyə və Azərbaycan bayraqlarını qaldıran atlıları ayaq üstə alqışlayıb.
 
/Qafqazinfo
OXŞAR XƏBƏRLƏR