Ərdoğan: “Qarabağı yenidən dirçəltmək istiqamətində görülən işləri yaxından izləyirik”

Ərdoğan: “Qarabağı yenidən dirçəltmək istiqamətində görülən işləri yaxından izləyirik”
SİYASƏT
17:48 15.06.2021
414
"Qardaşım İlham Əliyevin liderliyi və müzəffər Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağı yenidən dirçəltmək istiqamətində görülən işləri yaxından izləyirik. Şuşaya gələrkən gördük ki, intensiv işlər görülür”. 

Oxu.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Türkiyə lideri bildirib ki, Füzuli aeroportunun istifadəyə verilməsi ilə bölgədə turizm imkanları da genişlənəcək. 

O qeyd edib ki, Türkiyə öz dədə-baba yurdlarına qayıdacaq azərbaycanlılarla bağlı səylərini əsirgəməyəcək. 

"Bu mövzuda dəyərli qardaşımın özəl çalışmaları var”, - deyə R.T.Ərdoğan əlavə edib.
OXŞAR XƏBƏRLƏR