"Təkcə 44 günlük Vətən müharibəsində Qarabağın azadlığı uğrunda qardaş Azərbaycana verdiyimiz dəstək Türk Silahlı Qüvvələrinin gücünü bir daha bütün dünyaya göstərmişdir".
AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetinin növbəti buraxılış mərasimində çıxışı zamanı deyib.
"Türkün olduğu yerdə zülm olmaz. Türkün olduğu yerdə məzlum göz yaşı tökməz”, - deyə Türkiyə Prezidenti vurğulayıb.