Ərdoğan Qazaxıstanda dövlət nişanı ilə təltif olundu

Ərdoğan Qazaxıstanda dövlət nişanı ilə təltif olundu
DÜNYA
14:24 14.05.2026
192
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər çərçivəsində getdiyi Qazaxıstanda "Xoca Əhməd Yəsəvi Nişanı” ilə təltif olunub.

AZXEBER.COM xəbər verir ki, nişanı Türkiyə Prezidentinə Qasım-Comərd Tokayev təqdim edib.

Ərdoğan və Tokayev Müstəqillik Sarayında təkbətək görüş keçirib, daha sonra Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında iştirak ediblər.

İclasdan sonra Tokayev tərəfindən Ərdoğana "Xoca Əhməd Yəsəvi Nişanı” təqdim olunub.

Ərdoğan mərasimdə çıxışı zamanı bildirib ki, Xoca Əhməd Yəsəvinin adını daşıyan bu nüfuzlu nişanın ilk dəfə ona təqdim olunmasından böyük məmnunluq duyur.

Şahanə
OXŞAR XƏBƏRLƏR