"Qazaxıstanın suverenliyini dəstəkləməyə davam edəcəyik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə birgə regional və beynəlxalq məsələləri müzakirə etdiyini açıqlayıb.
"Qazaxıstanın müstəqillik əldə etməsindən 30 il keçib. Biz Qazaxıstanın müstəqilliyini tanıyan ilk ölkələrdənik. Qazaxıstanda olmaqdan şadam", - Türkiyə Prezidenti bildirib.