Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsindən verilən məlumata görə, liderlər qarşılıqlı olaraq bir-birilərini Qurban bayramı münasibətilə təbrik edib, bayramın bütün bəşəriyyətə, xüsusilə İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıblar.
Görüş zamanı ikitərəfli münasibətlər və regional məsələlər də müzakirə edilib.