Ərdoğan Rusiya və Ukraynanı bir daha dialoqa çağırdı

Ərdoğan Rusiya və Ukraynanı bir daha dialoqa çağırdı
DÜNYA
22:18 28.02.2022
353
"Türkiyə öz bölgəsində sülh, əmin-amanlıq və rifah istəyən bir ölkədir. İraqdan, Suriyadan, Qafqazdan, Qara dənizdən, Aralıq dənizindən Balkanlara qədər hər bir bölgədə bu mövqeyimizi nümayiş etdirmişik. Qara dənizin şimalındakı böhranda biz dost kimi gördüyümüz Ukrayna və Rusiyanı problemlərini dialoq yolu ilə həll etməyə çağırırıq”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin nazirlər kabinetinin iclasından sonra verdiyi açıqlamasında bildirib.

O, qeyd edib ki, Türkiyə bu məsələdə çoxşaxəli diplomatik təşəbbüslərini fasiləsiz davam etdirir.
OXŞAR XƏBƏRLƏR