Ərdoğan sabah Azərbaycana gələcək

Ərdoğan sabah Azərbaycana gələcək
23:52 05.10.2025
567
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək.

Qeyd edək ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq.
OXŞAR XƏBƏRLƏR