Ərdoğan sabah Putinlə telefonla danışacaq, Ukrayna böhranını müzakirə edəcək

Ərdoğan sabah Putinlə telefonla danışacaq, Ukrayna böhranını müzakirə edəcək
SOSİAL
16:13 23.11.2025
64
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışacağını bildirib.

Türkiyə Prezidenti bu barədə G20 Liderlər Zirvəsindən sonra keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Rusiya və Ukrayna arasında sülh danışıqlarının bərpası üçün Türkiyə əlindən gələni edəcək: "Hazırda çoxqütblü dünya qarşıdurmalar içindədir. Yüz minlərlə insan həlak olub, Rusiya və Ukraynanın böyük itkiləri var. Biz isə mümkün qədər tez sülhə necə nail ola biləcəyimiz üçün çalışırıq”.
 
//apa
OXŞAR XƏBƏRLƏR