Ərdoğan: ‘Suriya əvvəlki səhvi təkrar edərsə Türkiyənin yanaşma tərzi fərqli olacaq’

DÜNYA
08:45 26.04.2012
1704

Baş nazir, sərhəd pozuntusu baş verəcəyi təqdirdə NATO ölkəsi kimi müvafiq addımı atacaqlarını qeyd edib.

“Biz Suriyanın və suriyalıların əsla düşməni deyilik. Sadəcə olaraq Bəşər Əsədin hərəkətlərinə qarşıyıq və onun etdiklərini qəbul etmirik. Baş verənlər həm humanizmə həm də İslama uyğun deyil”. Bunu Qətərdə rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Əl Cəzirə” telekanalına verdiyi müsahibədə deyib. Rəsmi Dəməşqə kəskin xəbərdarlıq edən Ərdoğan Türkiyənin güclü orduya sahib olduğunu, sərhəd pozuntusu baş verəcəyi təqdirdə NATO ölkəsi kimi müvafiq addımı atacaqlarını qeyd edib. Bu məsələdə 5 maddənin açıq olduğunu qeyd edən Ərdoğan işin bu mərhələyə gəlməyəcəyinə ümid etdiyini vurğulayıb. Ərdoğan həmçinin Suriyada baş verənlərin qonşu ölkə kimi onları narahat etdiyini, Türkiyəyə keçən suriyalı sayının 25 mindən çox olduğunu deyib. “Güclü silahlı ordumuz var. Bu nöqtədə addımlarımızı olduqca diqqətli aıtırıq və bu şəkildə davam edəcəyik inşallah. Amma Suriya bir şeyi bilməlidir ki, sərhəd pozulması məsələsində əvvəlki səhvi təkrar edərsə Türkiyənin yanaşma tərzi fərqli olacaq” – deyə Ərdoğan bildirib.(Ans Press)

OXŞAR XƏBƏRLƏR