Ərdoğan: “Taxıl ixracı ilə bağlı tərəflər üzərinə düşən məsuliyyətə uyğun hərəkət etməlidir"

Ərdoğan: “Taxıl ixracı ilə bağlı tərəflər üzərinə düşən məsuliyyətə uyğun hərəkət etməlidir"
DÜNYA
22:59 25.07.2022
359
"Taxıl ixracı ilə bağlı tərəflər (Rusiya və Ukrayna) öz imzalarını qorumalı və üzərinə düşən məsuliyyətə uyğun hərəkət etməlidir”.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz əldə edilmiş razılaşmanın ruhuna zidd hərəkətlərin qarşısını almaq istəyirik. Burada uğursuzluq hamımızın əleyhinə olacaq", - Türkiyə lideri vurğulayıb.

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Ərdoğan bildirib ki, terror təşkilatlarının Türkiyəyə qarşı fəaliyyətlərini genişləndirmələrinə mane olmadıqca, müsbət yanaşma mümkün deyil.
OXŞAR XƏBƏRLƏR