Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin xarici işlər nazirlərini qəbul edib.
AZXEBER.COM xəbər verir ki, görüş İstanbulda TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində baş tutub.
Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.










































