Ərdoğan Trampı Türkiyəyə dəvət etdi

Ərdoğan Trampı Türkiyəyə dəvət etdi
DÜNYA
16:25 14.11.2016
1017
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı ilk rəsmi səfərini Türkiyəyə etməyə çağırıb.
 
Trend-in məlumatına görə, bunu R.T.Ərdoğan jurnalistlərin ABŞ-Türkiyə münasibətləri ilə bağlı sualını cavablandırarkən deyib. O qeyd edib ki, Türkiyə ilə Birləşmiş Ştatların münasibətləri strateji xarakter daşıyır. Xatırladaq ki, bundan əvvəl D.Trampın müşaviri Maykl Flayn Türkiyənin regionda ABŞ-ın mühüm müttəfiqi olduğunu demişdi.
OXŞAR XƏBƏRLƏR