Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən öncə Atatürk Hava Limanında mətbuat konfransı keçirib.
AZXEBER.COM APA-nın Türkiyə bürosuna istinadən xəbər verir ki, Türkiyə müxalifətinin "Ərdoğanın ABŞ lideri Donald Trampın oğlu ilə gizli görüş keçirməsi” iddialarına cavab verən prezident, bu iddiaların əsassız olduğunu bildirib:
"Əgər Donald Trampla hər hansısa bir alış-veriş edəcəyiksə, bunu onun oğlu ilə etməyə ehtiyac yoxdur” deyə vurğulayıb.