Ərdoğan: Trampla görüşüm çox məhsuldar keçdi

Ərdoğan: Trampla görüşüm çox məhsuldar keçdi
DÜNYA
20:52 29.09.2025
214
Sentyabrın 25-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüm çox məhsuldar keçdi.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra xalqa müraciətində deyib.

O bildirib ki, görüşdə bir çox məsələ müzakirə olunub: "100 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün birlikdə atacağımız addımları müzakirə etdik. İsrailin artan hücumları, Rusiya-Ukrayna müharibəsi və regiondakı hadisələr də gündəlikdə idi".

Ərdoğan müsbət keçən görüşün nəticələrinin yaxın zamanda özünü göstərəcəyini vurğulayıb.
 
/report
OXŞAR XƏBƏRLƏR