Ərdoğan: “Türkiyə ABŞ və İran arasındakı gərginliyi azaltmağa yardım edəcək”

Ərdoğan: “Türkiyə ABŞ və İran arasındakı gərginliyi azaltmağa yardım edəcək”
DÜNYA
18:19 08.01.2020
4783

"ABŞ-ın simasında müttəfiqimiz və İranın simasında qonşumuz arasında davam edən gərginlik artıq arzuolunmaz nöqtəyə çatıb”.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Türk axını" qaz kəmərinin istifadəyə verilməsi ilə bağlı mərasimdə deyib.

O, Türkiyənin iki ölkə arasındakı gərginliyi azaltmağa yardım edəcəyini bildirib: "Başverənləri həssaslıqla izləyirik. Suriya, Livan, İraq və ya Fars körfəzinin döyüş əməliyyatları səhnəsinə çevrilməsini istəməzdik”.

OXŞAR XƏBƏRLƏR