Ərdoğan: Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

Ərdoğan: Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir
MANŞET
14:15 09.03.2022
295
Rusiya və Ukrayna arasında olan gərginliyin isti münaqişəyə çevrilməsindən kədərliyik.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
O qeyd edib ki, Türkiyə bu böhranın faciəyə çevrilməməsi üçün çox güc sərf edib və hələ də sərf edir. ‘Həm Zelenski, həm də Putinlə danışıqlarımız zamanı məsələnin dialoq və diplomatiya yolu ilə həll olunmasını vacibliyini vurğulamışıq. Qeyri-sabitliklə mübarizə aparan bölgəmizin yeni böhran, xüsusən də, ağır mahiyyəti olacaq bir müharibəyə tab gətirə bilməyəcəyini açıq şəkildə ifadə etdik’, - deyə o qeyd edib.
 
Bundan əlavə, Ərdoğan Türkiyə ölkələrin ərazi bütövlüyü və suverenliyini müdafiə edən siyasətini Ukrayna məsələsində də sərgilədiyini bildirib.
OXŞAR XƏBƏRLƏR