Ərdoğan bir neçə gün öncə anonsunu verdiyi xəbəri açıqlayıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Qaradənizdə təbbi qaz yatağı kəşf etdiklərini deyib:
"Türkiyə tarixin ən böyük təbii qaz yatağını Qara Dənizdə kəşf edib. 320 milyard kubmetr qaz yatağımız var. Xalqımızı təbrik edirik”
Ərdoğan deyib: "Fateh kəşfiyyat gəmisinin iyulun 20-də başladığı kəşfiyyatda 320 milyard kubmetr təbii qaz rezervi kəşf edib. Hədəfimiz 2023-cü ildə Qara dəniz qazını millətimizə təqdim etməkdir”, - 2023-cü ildən etibarən qaz xalqın istifadəsinə veriləcək".