Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib

Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
DÜNYA
14:57 11.05.2025
655
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa lideri Emmanuel Makronla telefon danışığı aparıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Söhbət zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Ukrayna ilə Rusiya arasında müharibənin sona çatması yolunda tarixi dönüş nöqtəsinin əldə edildiyini, Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla hər cür töhfəni verməyə hazır olduğunu bildirib.

Türkiyə lideri Ukrayna ilə Rusiya arasında daimi sülh danışıqlarının başlanması və Ukraynanın bərpası proseslərinin həssaslıqla həyata keçirilməsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR