Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Bayden telefon danışığı aparacaq.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, danışıqlar martın 10-da Bakı vaxtilə saat 19:30-da baş tutacaq.
Hələlik danışıqların mövzusu açıqlanmır.