Ərdoğan və Stoltenberq Rusiyadakı son hadisələri müzakirə edib

Ərdoğan və Stoltenberq Rusiyadakı son hadisələri müzakirə edib
DÜNYA
21:54 25.06.2023
213
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı "Vaqner”in hərəkətləri fonunda Rusiyadakı vəziyyətin inkişafını müzakirə edib.

Bu barədə AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir.

"Danışıqlar zamanı Rusiyada baş verən son hadisələr müzakirə edilib. Bildirilib ki, Rusiyada gərginliyin azalması Ukrayna arenasında geri dönüşü olmayan humanitar fəlakətlərin qarşısını alıb”, - Türkiyə liderinin ofisindən jurnalistlərə bildirilib.
Bundan əlavə, tərəflər İsveçin NATO-ya daxil olması məsələsini müzakirə ediblər: "Türkiyənin İsveçin üzvlüyünə müsbət yanaşdığı bildirilib, lakin PKK terror təşkilatının tərəfdarları bu ölkədə sərbəst şəkildə aksiyalar təşkil etdiyi müddətcə dəyişikliyin mənasının olmadığı diqqətə çatdırılıb”.
OXŞAR XƏBƏRLƏR