Ərdoğan və Zelenski Rusiya-Ukrayna sülh danışıqlarını müzakirə edəcək

Ərdoğan və Zelenski Rusiya-Ukrayna sülh danışıqlarını müzakirə edəcək
SİYASƏT
13:37 15.05.2025
337
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Rusiya-Ukrayna müharibəsi kontekstində baş verən son hadisələrin bütün aspektlərini müzakirə edəcək.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildib.

O qeyd edib ki, səfər zamanı keçiriləcək ikitərəfli və nümayəndə heyətləri arası görüşlərdə Ərdoğan atəşkəs və sülh danışıqlarının başlanmasının vacibliyini vurğulayacaq.
OXŞAR XƏBƏRLƏR