Türkiyə Respublikasının prezidenti Rəcəp Tayyib Ərdoğan Xocalı Soyqırımı ilə bağlı paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, prezident öz sosial media hesabında soyqırım qurbanlarını anıb:
"Ağrısını heç vaxt unutmayacağımız, kədərini daim içimizdə daşıyacağımız Xocalı Soyqırımının 33-cü ildönümündə şəhid olmuş azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm.
Yaxşı və pis gündə birləşdiyimiz qardaş Azərbaycan xalqına başsağlığı verirəm".