Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etdi

Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etdi
SİYASƏT
16:24 08.11.2022
295
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə dövlət başçısı rəsmi tviter hesabında paylaşım edib.

"44 günlük dastanvari bir mübarizədən sonra Qarabağın yenidən azadlığına qovuşmasının nişanəsi olan Azərbaycanın 8 Noyabr -Zəfər Gününü ən səmimi duyğularıma təbrik edirəm. Qarabağ Azərbaycandır və həmişə Azərbaycan olaraq qalacaq", - R.T. Ərdoğan bildirib.
OXŞAR XƏBƏRLƏR