Ərdoğan zəlzələdən danışdı - 8 nəfər...

Ərdoğan zəlzələdən danışdı - 8 nəfər...
DÜNYA
17:19 26.09.2019
7235
Bu gün İstanbulda baş vermiş zəlzələ nəticəsində 8 nəfər yaralanıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu rəqəmi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Türkiyə Prezidentinin sözlərinə görə, zəlzələ nəticəsində şəhərin bəzi yerlərində binalarda çatlar da əmələ gəlib.

R.T.Ərdoğan qeyd edib ki, bu saata qədər 28 yeraltı təkan qeydə alınıb.

Türkiyə dövlət başçısının sözlərinə görə, zəlzələnin fəsadlarını aydınlaşdırmaq məqsədilə vitse-prezident Fuat Oktayın rəhbərliyi altında dövlət komissiyası da yaradılıb.
OXŞAR XƏBƏRLƏR