Xəbər verdiyimiz kimi, Polat Alemdar brazı ilə böyük şöhrət qazanan Necati Şaşmazın Ərdoğanla görüşü olub.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, görüş Gezi Parkı hadisələri ilə bağlı olub.Baş nazir Gezi Parkı hadisələri ilə əlaqədar 11 nəfərlik heyətlə fikirlərini bölüşüb.
Necati Şaşmaz görüşün ardından mətbuata açıqlama verib. O, Ərdoğana öz suallarını verdiyini və bu suallara cavab aldığını bildirib:
“Baş verən hadisələr məni çox məyus etdi. Çox təəssüflər olsun ki, Türkiyə bütün bunlara layiq deyil deməkdən başqa bir söz deyə bilmirəm. Deyəsən bizə nəzər dəydi. Bir-birimizi dinləməyi öyrənib, danışıqlara getməliyik.Cənab baş nazirlə görüşdə də bunları dilə gətirdim. Suallarımın cavabını aldım. Mənim haqqımda mətbuatda “o da Gəzi parkına getdi” başlıqları ilə yalan xəbərlər tamamilə yalandır. Məni aksiya iştirakçılarının tərəfində göstərmək həmin jurnalistlərə yaraşmadı. Hazırda dünya bizi izləyir və biz bu prosesdən üzüağ çıxmalıyıq”.
Necati Şaşmazın bu açıqlaması sosial şəbəkələrdə də müzakirəyə səbəb olub. Aksiyaların lehinə olan şəxslər aktyorun bu açıqlamasını sərt tənqid ediblər.