Ərdoğandan Ardaya: ''Deyəsən, burada bərbər yoxdur''

İDMAN
09:15 28.11.2012
1543

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İspaniyanın paytaxtı Madriddə qaldığı oteldə "Atletiko" klubunun futbolçuları Arda Turan və Əmrə Bəlözoğlu ilə görüşüb.

AZXEBER.COM-un "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, görüşməyə Arda Turanın saçları damğasını vurub.

Ərdoğan Ardanın saçlarının uzun olduğunu görüncə,ona "deyəsən, burada bərbər yoxdur"-deyə müraciət edib. Arda isə"buranın iqtisadiyyatı aşağı səviyyədə olduğundan saçlarımızı kəsdirə bilmirik" - deyə cavab verib.

Daha sonra Türkiyənin nazirindən müəyyən tövsiyələr alan Arda və Əmrə, Ərdoğanın nəvələri - Əhməd Akif və Ömər Tayyipə imzalı forma bağışlayıblar. Ərdoğan sonda Arda və Əmrəyə "əsla siyasətə qoşulmayın" -deyə bildirib.

OXŞAR XƏBƏRLƏR