"Ədalətli sülh o zaman mümkündür ki, Fələstin xalqı 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil, ərazisi toxunulmaz bir dövlətə nail olsun. Bu, Yaxın Şərqdə davamlı sülh və sabitlik üçün bir zərurətdir. Dünya xalqlarına çağırışımız aydındır: "Fələstin dövlətini tanıyın".
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Türkiyənin Ədalət və Rifah üçün Diplomatik Baxışı” başlıqlı məqaləsində yer alan bu sözləri ABŞ-ın ən mühüm nəşrlərindən biri olan "Newsweek”də ingilis dilində dərc olunub.
Yazıda Türkiyənin diplomatik baxışı təkcə böhranların həllində deyil, humanitar məsələlərdə də özünü göstərir deyə qeyd olunub.
Həmçinin yazıda Türkiyənin dünyanın ən böyük humanitar yardım göstərən dövlətlərdən biri olması köklü tariximizin və dəyərlərimizin üzərimizə qoyduğu məsuliyyətin təzahürüdür. Bu əsasda Türkiyə qlobal həmrəyliyi gücləndirən lider dövlət rolunu qətiyyətlə davam etdirəcək. Türkiyə atəşkəsi təmin etmək, humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək və iki dövlət həllini canlandırmaq üçün amansız səylərini davam etdirir. sözləri də yer alıb.
Gülay