Ərdoğandan “erməni soyqırımı” ilə bağlı qətnaməyə münasibət: “Güvəndikləri dağları başlarına yıxmışıq”

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı qətnaməyə münasibət: “Güvəndikləri dağları başlarına yıxmışıq”
DÜNYA
16:24 30.10.2019
4479
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi qətnamələrə münasibət bildirib.

AZXEBER.COM-un Oxu.Az-a istinadən xəbərinə görə, hakim Ədalət və İnkişaf Partiyasının Qrup toplantısında çıxış edən R.T.Ərdoğan deyib ki, bu qətnamələrin heç bir hüquqi qüvvəsi yoxdur.

"Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq. Açıq desəm, özləri çalıb, özləri oynayırlar. Bununla belə, ölkəmizə atılan iftiranın bir parlamentdə qəbul edilməsindən məyusuq”, - deyə Prezident əlavə edib.

R.T.Ərdoğan Türkiyəni hədəf alan ölkələrə də xəbərdarlıq edib:

"Türkiyəni Suriya, İraq, Liviya kimi edə biləcəklərini düşünürlər. Biz isə onlara nüfuz edərək, güvəndikləri dağları başlarına yıxaraq cavab vermişik”.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası uydurma "erməni soyqırımının” tanınmasına dair qətnaməni qəbul edib.

Bu qətnaməni hər iki partiyanın konqresmenləri dəstəkləyiblər. İcrası hüquqi baxımdan icbari olmayan bu qətnamənin lehinə 405, əleyhinə 11 millət vəkili səs verib.

Nümayəndələr Palatası Türkiyəni sanksiyalarla hədələyən qanun layihəsini də böyük səs çoxluğu ilə qəbul edib.

Qanun layihəsi Vaşinqtonla Ankaranın Suriya barədə əldə etdiyi razılaşma ilə bağlıdır.

Xəbərdarlıq edilir ki, Türkiyənin Suriyanın şimalına müdaxiləsinə dair əldə olunmuş razılaşma NATO müttəfiqinin Suriyaya müdaxiləyə görə cəzalandırılmasını istisna etmir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
15:20 02.07.2025
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
Filippində yanğın: Minlərlə insan evsiz qaldı
15:09 02.07.2025
Filippində yanğın: Minlərlə insan evsiz qaldı