Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Ərzincanda baş verən mədən faciəsi ilə bağlı araşdırmaların nəticələrinə görə mütləq addımlar atılacağını deyib:
"Təəssüflənirəm ki, burada da belə böyük sürüşmə baş verib. 600-ə yaxın mədənçinin çalışdığı bu yerdə 9 vətəndaşımız hazırda yerin altındadır. Axtarış-xilasetmə işləri davam edir. Şəhər meri ilk andan hadisə yerində olub. Daxili İşlər Naziri Ali Yerlikaya AFAD ilə birlikdə hadisəyə şəxsən müdaxilə edib. Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar da bizimlə idi. Onun ölkəyə qayıtmasının və hadisə yerinə gəlməsinin faydalı olacağını düşündük və onu tez bir zamanda bölgəyə ezam etdik. Bu gündən etibarən daxili işlər və energetika və təbii sərvətlər nazirimiz hadisələri yaxından izləyəcək və işlərin koordinasiyasını öz üzərinə götürəcək. Bu mərhələdə bizim prioritetimiz mədənçilərimizi tapmaqdır”.
Oksana