Ərdoğandan inflyasiya və pensiya ilə bağlı MÜHÜM AÇIQLAMA

Ərdoğandan inflyasiya və pensiya ilə bağlı MÜHÜM AÇIQLAMA
DÜNYA
18:57 10.11.2023
190
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısı başa çatdıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

AZXEBER.COM xəbər verir ki, Ərdoğan açıqlamasında inflyasiya ilə bağlı "5 min lirəlik bonus ödənişlərini bu ay ərzində etməyi planlaşdırırıq", - deyib.

Jurnalistin təqaüdçülərlə bağlı sualına isə Ərdoğan belə cavab verib:

"Biz qlobal gündəmi zəbt edən inflyasiya probleminə qarşı mübarizə aparmaq əzmindəyik. İnflyasiyanın belini qırdıq və qarşıdakı dövrdə onun təsirlərini siləcəyik. Həmişə deyirdik ki, işçilərimizi, təqaüdçülərimizi inflyasiyaya məruz qoymayacağıq və Allaha şükürlər olsun ki, sözümüzə əməl etdik. Biz minimum əmək haqqını respublika tarixində görünməmiş dərəcədə artırdıq. Biz təqaüdçülərimizin maaşlarını artırdıq və onları daha da rahatlaşdıracaq həllər hazırladıq və tezliklə onları həyata keçirəcəyik".

Oksana
OXŞAR XƏBƏRLƏR